525.Az

Yel qayadan heç nə apara bilməz


 

Yel qayadan heç nə apara bilməz <b style="color:red"></b>

(Çingiz Fərəcova açıq məktub)

 

 

Hörmətli Çingiz müəllim, sizin “525-ci qəzetin 11 dekabr 2012-ci tarixli sayında dərc olunmuşYel qayadan heç aparmırbaşlıqlı məqalənizi diqqətlə oxudum. Bir azərbaycanlı, vətəndaş kimi tutduğunuz mövqexalqımızın tanınmış, hörmətli ziyalısı, rəhbər işçilərindən biri olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqqında yayılan yalanlara sərt münasibət bildirməyiniz, ləyaqətli insanlara qara yaxmaq istəyənlərə əyani misallarla tutarlı cavablar verməyiniz məni sevindirdi. Bütün bunlara görə çox sağ olun.

 

Ancaq həm bir azərbaycanlı kimi əsrlərlə xislətimizdə mövcud olan bu gün davam edən bəzi mənfi xüsusiyyətlərimizəgözügötürməməzliyə, paxıllığa, kiminsə küyünə getməyə görə özümü qınadım təəssüfləndim.Vaxtında qədrini bilmədiyimiz, yersiz dedi-qodularla, yalan iftiralarla ömrünü qısaltdığımız, hətta ölümünə imkan yaratdığımız, ancaq sonradan şərəfinə heykəl qoyduğumuz neçə-neçə oğullarımızı xatırladım.

 

Bir vaxtlar aramızda Nizamini, Füzulini, Nəsimini, Vaqifi inkar edənlər az olmayıb. Şah İsmayılımızı, Nadir şahımızı bu xalqın düşməni adlandıranlar, Koroğlumuza dodaq büzənlər haqqında da məlumatlıyıq. Cavidlərimizi, Müşviqlərimizi qurban verənlər özümüzdən olub. Nəriman Nərimanovun heykəlini uçurmaq istəyənlər aramızdadı.

 

Sovetlər dövründə ulu öndərimiz Heydər Əliyev haqqında mərkəzi mətbuat orqanlarında böhtan, iftira xarakterli məqalələr yazdıranlar da bu torpağın çörəyini yeyib, suyunu içən insanlar idi.

 

Dahi şəxsiyyətin canı qədər bağlı olduğu, inkişafı üçün həyatını qoyduğu Azərbaycana qayıtmasına qadağalar qoyanlar, onun Bakıda yaşamasına imkan verməyənlər üzdəniraq azərbaycanlılar idi.

 

Ümummilli liderimizi təqib edən, parlamentdə çıxış etməsini əngəlləyən bir vaxtlar onun irəli çəkdiyi, vəzifə verdiyi adamlar deyildimi?

 

Heydər Əliyevə sui-qəsdlər hazırlayan, onu aradan götürmək üçün düşmənlərimizlə əlbir olanlar da başqa ölkədən deyildilər.

 

Bu hallarbaşbilənlərimizə, dahilərimizə, ziyalılarımıza qarşı paxıllıq, riyakarlıq illər uzunu başımıza minbir bəlalar gətirib, birliyimizi pozub, Azərbaycanın parçalanmasına, xanlıqlara bölünməsinə, torpaqlarımızın işğalına, neçə-neçə 20 Yanvar faciələrinə, Xocalı soyqırımlarına yollar açıb, itkilərimizi sürətləndirib.

 

Təəssüf ki, tarixin dərslərindən ibrət götürüb nəticə çıxarmaqda çox vaxt gecikirik. Başımıza gətirilən bəlaları, xəyanətləri tez unuduruq. Yaxşını yamandan, dostu düşməndən ayırmaqda səhvlərə yol verdiyimiz kimi, həm öz ziyalılarımızı, öndə gedənlərimizi, nailiyyətlərimizi qiymətləndirməkdə paxılıq.

 

Özümüzü dərk etməkdə, özümüzünküləri ucaltmaqda, tanıtdırmaqda dargözlülük göstərdiyimiz halda özgələrini tərif etməyə, başda oturtmağa pərgarıq.

 

Bəs özümüzə, başbilənlərimizə qənim kəsilməyimiz nədəndir? Bu bizə başucalığı gətirirmi? Əsla, yox! Çünki özünü sevməyən, öz xalqının ziyalısına qiymət verməyən, öz vətəni, xalqı üçün yanmayan, öz torpağının uğrunda ölümə getməyə hazır olmayan bir kəs başqasını sevə bilməz, xalqı üçün yanar, torpağı haqqında düşünər. Çünki belə insanların məhəbbəti, sədaqəti saxtadir, təmənnalıdır, ötəridir.

 

Bu həqiqətləri sübut etmək çox asandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu gün həyata keçirdiyi daxili xarici siyasət dünyanın ən aparıcı dövlətləri tərəfindən dəstəkləndiyi, qiymətləndirildiyi halda bu siyasətə qara yaxmağa, ölkəmizin imicinə, dövlət başçısının fəaliyyətinə kölgə salmağa çalışanlar aramızda az deyil.

 

Azərbaycanın beynəlxalq aləmda qazandığı nüfuz, sosial-iqtisadi sahələrdə əldə etdiyimiz nailiyyətlər, regionların sürətli inkişafı zəminində qazanılan nəticələr inkar edilirsə, bəzi bədxahlar bu inkişafdan sevinmək əvəzinə kədərlənirsə, inkişafımızın qarşısının alınmasına cəhdlər göstərilirsə, dövlətimizə dövlətçiliyimizə qarşı yalan kampaniyaları təşkil edilirsə bunların çoxu öz içimizdə olanların əli ilə görülürsə, izahata ehtiyac qalmır.

 

Dünya həyata keçirdiyimiz mühüm layihələri dəstəklədiyi halda özümüzdən olan bəzi bədxahlar bunun əksinə gedir.

 

Dünya beynəlxalq aləmdə qazandığımız nailiyyətləri yüksək qiymətləndirdiyi, Azərbaycanın BMT-nin üzvü kimi ali quruma rəhbərlik etməsini tarixi qələbə adlandırdığı halda özümüzdən olanlar bunu inkar edirlər.

 

Azərbaycan beynəlxalq görüşlərə,konfranslara, toplantılara, musiqi müsabiqələrinə, idman yarışlarına ev sahibliyi edib tarix yazdığı halda bu torpağın çörəyini yeyib suyunu içən bəzi insanlar tariximizə ləkə salmağa çalışırlar.

 

Varımız-dövlətimiz, pulumuz artdıqca, dünya ölkələri ilə əlaqələrimiz genişləndikcə, ölkəmizə göstərilən dəstək, xalqımıza olan ehtiram, inam yüksəldikcə nəinki düşmənlərimizin içərimizdə olan bəzi insanların da bağrı yarılır. Məhz buna görə onlar bu nailiyyətləri qazananlara, inkişafımıza düzgün istiqamət verənlərə qarşı düşmən mövqeyi tutur, onları gözdən salmaq üçün hər cür çirkin əməllərə əl atırlar.

 

Məqsəd aydındır. Prezidentimizin vahid komandasını şantaj, yalan böhtan vasitələri ilə sarsıtmaq, insanları qarşı-qarşıya qoymaq, qarşıdurmalar yolu ilə idarəetmə orqanlarını zəiflətmək xarici düşmənlərimiz kimi Elşad Abdullayev  kimilərin həyatının mənasına çevrilib.

 

Dövlətə, xalqa sədaqəti ilə seçilən rəhbər işcilərin nüfuzuna xələl gətirilməsinə göstərilən cəhdlər Prezident seçkilərinə hazırlaşdığımız ərəfədə gözləniləndir. Bu baxımdan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında yayılan yalanlar başadüşüləndir hansı məqsədlərə xidmət etdiyi məlumdur.

 

Elşad Abdullayev kimi bir dələduzun bu böhtanların müəllifi olması da təsadüfi deyil.Çünki özünü dərk etməyən, öz qədrini bilməyən, kim üçün, nədən ötrü yaşadığını anlamayan, bu gün dediyini sabah inkar edən bir şəxsdən desən gözləmək olar.

 

Görəsən Elşad Abdullayevmən kiməm, nəçiyəm, hansı xalqın nümayəndəsiyəm, kimlərə üçün xidmət edirəmsualını özünə verirmi? Bu qədər malı-pulu hansı yollarla, necə qazanması, xalqın balalarını necə gözü yaşlı qoyması barədə heç fikirləşirmi?

 

Əlbəttə, fikirləşmir. Ağlı, düşüncəsi olan insan, özünü alim hesab edən kəs elə bilirəm ilk gündən hərəkətlərinə göz qoymalı, əqidəsini tamahına qurban verməməli, rüşvətxorluq yolunu tutmamalı idi. Özü yıxılan ağlamaz. Ağlasa da nankor hərəkətləri ilə özünü bir daha belə biabır etməz.

 

Ramiz Mehdiyev kimi ziyalı bir insanın adını hallandıranda Elşad Abdullayev hansı bir riyakarlığa getdiyini dərk etməli onu bu yola təhrik edənlərin təsirindən çəkinməli idi.

 

Çünki Ramiz Mehdiyev çalışdığı uzun illərdə öz fəaliyyəti, ulu öındərimiz Heydər Əliyevin ideyalarına sonsuz sədaqəti, cənab İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı quruculuq işlərinə, siyasi xəttinin dəstəklənməsinə verdiyi töhfələrlə özünü təsdiqləyib, əməli ilə xalqına, Vətəninə etibarını, məhəbbətini sübut edib.

 

Azərbaycan xalqı Ramiz müəllimi çox yaxşı tanıyır. Səmimiyyətinə, prinsipiallığına, vətənpərvərliyinə, təmizliyinə, insanlığına bələddir. O bütün ömrünü Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafına, tarixinin, dilinin, dininin qorunub möhkəmləndirilməsinə, xalqımız üçün ləyaqətli vətəndaşların, kadrların yetişdirilməsinə sərf edib.

 

Mən yüksək insani keyfiyyətləri, onun vətəndaş yanğısını, alimlik vəzifəsinə, öz keçmişinə sədaqətini gələcəyinə məhəbbətini bu günlərdə çap olunmuşŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimiçox dəyərli, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən əsərini oxuyanda bir daha hiss etdim. Belə əsərləri yalnız yalnız tarixinə torpağına Ramiz Mehdiyev kimi bağlı olan insanlar yaza bilərlər.

 

Buna görə Ramiz müəllim kimi insanı qiymətləndirməmək, ona böhtan atmaq, fəaliyyətinə qara yaxmaq əsl nadanlıqdır. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydilər”. Xalqımızın ləyaqətli,mənəviyyatlı nümayəndələrinə böhtan atanlar da  cəmiyyətdə məhz mənəviyyatını itirmiş adamlardır.

 

Ramiz Mehdiyevin,  Çingiz müəllim, bizim kimi insanların müdafiəsinə ehtiyacı yoxdur. O, öz müdafiəsini saf əməli, təmiz amalı, faydalı fəaliyyəti ilə təmin edib. Ancaq haqq əyiləndə, yaxşılar yamanlarla qarşılaşanda, təmiz insanların adına, ləyaqətinə xələl gətirməyə cəhd göstəriləndə mövqe bildirməmək nadanlara, riyakarlara yol açmaq, dələduzlara öz məqsədlərini həyata keçirməyə imkan vermək olardı. Buna görə səsinə səs verməyi özümə borc bildim. Onu da deməyi özümə borc bilirəm ki, yaxşı ki, bu dünyada Ramiz Mehdiyev kimi Vətənini, xalqını, torpağını sevən, öz vəzifəsini şərəflə yerinə yetirən yaxşı insanlar var. Əlbəttə, belə insanlar olmasaydı həyat mənasızlaşardı, nadanlar əl-qol açıb dünyaya meydan oxuyardılar.

 

Ancaq olsa da, yaxşılar qədər maneələrə rast gəlsələr onlar öz əməlləri ilə ucalmağa, hörmət qazanmağa, özlərini sübut etməyə qadirdilər. Sizin dediyiniz kimi yel qayadan heç aparmır apara da bilməz.

 

Ləyaqətli insanları qorumaq qiymətləndirmək isə həm borcumuz, həm insani dəyərlərə sədaqətimizdir.

 

 





16.12.2012    çap et  çap et