525.Az

Azərbaycan jurnalistlərinə çağırış


 

Azərbaycan jurnalistlərinə çağırış<b style="color:red"></b> Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi  Şəbəkəsi (İFEX. www.ifex.org ) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları  I Avropa  Oyunlarının  Azərbaycanda keçiriləmsinə qarşı  twitter kampaniyasına qoşulmağa çağırıb.
 

APA-nın əldə etdiyi məlumata görə, təşkilat öz çağırışında təklif edib ki,  bütün QHT-lər kampaniyaya  12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 15:00-da qoşulsunlar.  

Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində  Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb. 

Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.
 
APA Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.
 
Məlumat üçün bildirik ki, kampaniya I Avropa  Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq. 
 





11.06.2015    çap et  çap et