525.Az

Sevil Gültən "Uşaqlıq illərimin şəkilləri"ni imzalayıb


 

Sevil Gültən "Uşaqlıq illərimin şəkilləri"ni imzalayıb<b style="color:red"></b>

Ötən gün Yazıçılar Birliyində şair, tərcüməçi Sevil Gültənin "Uşaqlıq illərimin şəkilləri" kitabı üçün İmza günü keçirilib.

Kitabda müəllifin son illər mətbuatda çap olunmuş esseləri toplanıb. Nəşrin girişində qeyd olunduğu kimi, "müəllif gah xəyal qanadlarında uşaqlıq illərinə səyahət edir, yaddaşına hopanları sözə çevirir, gah da bugünə qayıdır, gördüklərinə bir uşaq gözüylə təzədən nəzər salır.
 
Esselərinin birində anasının yuxu gördüyü evin sözlə şəklini çəkir, başqa bir essesində isə yolun ortasında uşağını döyən ananı "qınamayın" deyir.

Oxucularını keçmişdən gələn qızla görüşə çağırır, heç vaxt bitməyən müharibələrin zərbə vurduğu insan talelərindən söz açır. Kitabı müəllifin iç dünyasına səyahət də adlandırmaq olar".

Tanınmış söz adamlarının iştirak etdiyi tədbirdə müəllif kitabını qonaqlar üçün imzalayıb.

S.MÜRVƏTQIZI

 





11.06.2015    çap et  çap et