525.Az

Alveş milliyə çağırılıb


 

Alveş milliyə çağırılıb<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Dani Alveş Braziliya millisinə çağırılıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, zədələnən Danilonun əvəzinə milliyə dəvət edilib.

Meksika ilə yoldaşlıq matçında sıradan çıxan Danilonun Amerika kubokunda iştirak etməyəcəyi dəqiqləşib. Bu səbəbdən millinin baş məşqçisi Dunqa D.Alveşə dəvət göndərib.

Qeyd edək ki, Braziliya Amerika kubokunda ilk oyununu iyunun 14-ü Peruya qarşı keçirəcək.

 

 





11.06.2015    çap et  çap et