525.Az

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri başa çatıb


 

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri başa çatıb<b style="color:red"></b>

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə iştirakı ilə Türkiyədə keçirilən hərbi təlimlər başa çatıb.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytina istinadən verdiyi məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd dostluq, işbirliyi və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, birlikdə hərəkət qabiliyyətlərini yüksəltmək olub.
 
Təlimlərdə Türkiyədən xüsusi təyinatlı bölük, iki helikopter və bir təyyarə, Azərbaycan və Gürcüstandan isə xüsusi təyinatlı bölük iştirak edib.
 
Təlimlər mayın 31-də başlamışdı.

 





11.06.2015    çap et  çap et