525.Az

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi oldu


 

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi oldu <b style="color:red"></b> Türkiyənin “Beşiktaş” futbol komandasının yeni baş məşqçisi bəlli olub.

APA-nın xəbərinə görə, “Beşiktaş” klubu Şenol Günəşlə anlaşdığını rəsmən açıqlayıb. Ölkənin tanınmış futbol mütəxəssisi ilə 2+1 formulu üzrə müqavilə imzalanıb. 
 
Şenol Günəş 1,5 milyon avro maaş alacaq. Bir il sonra “Beşiktaş” klubu 500 min avro təzminat ödəyərək müqaviləni ləğv etmək, 2 il sonra isə müqaviləni daha 1 il uzatmaq hüququna malikdir.
 
Qeyd edək ki, “Beşiktaş” ötən mövsüm Türkiyə Super Liqasını 3-cü sırada tamamladıqdan sonra xorvatiyalı mütəxəssis Slaven Biliç ilə yollarını ayırıb. Ş. Günəş isə ötən mövsüm “Bursaspor”da çalışıb və bu komanda çempionatı 6-sı sırada başa vurub.
 





11.06.2015    çap et  çap et