525.Az

İranın sabiq prezidentinin oğlu 10 il azadlıqdan məhrum edilib


 

İranın sabiq prezidentinin oğlu 10 il azadlıqdan məhrum edilib<b style="color:red"></b>

İranın sabiq prezidenti, nüfuzlu siyasətçi Əkbər Haşəmi Rəfsəncaninin oğlu Mehdi Haşəmi iqtisadi cinayətlər törətməkdə təqsirkar bilinərək 10 il azadlıqdan məhrum edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, baş prokuror Mohsen Əcəinin sözlərinə görə, Haşəmi rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda ittiham olunub.
 
Mehdi Haşəmi barəsində proses ötən ilin avqustunda dövlət təhlükəsizliyi sahəsində cinayətlərlə məşğul olan İnqilab Məhkəməsində başlayıb. Dinləmələr qapalı olub.

 





12.06.2015    çap et  çap et