"Barselona"nın sabiq futbolçusu Xavinin "Al-Sadd" klubuna keçidi rəsmiləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi Qətər klubu ilə 1+2 illik müqavilə imzalayıb. O, yeni klubunda 6 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Xavi "Barselona"dan Çempionlar Liqasının finalında "Yuventus"a qarşı matçdan (3:1) sonra ayrılıb.
çap et