525.Az

Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat edib


 

Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat edib<b style="color:red"></b>

Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.

525.az xəbər verir ki, bu barədə modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O bildirib ki, Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək.

Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.

Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.

“Fəryad” filmi Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. O, 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.

 





12.06.2015    çap et  çap et