525.Az

“Skype” və “WhatsApp” mobil operatorlara 20 milyard dollar zərər vurub


 

“Skype” və “WhatsApp” mobil operatorlara 20 milyard dollar zərər vurub<b style="color:red"></b>

“J’son & Partners Consulting” analitik şirkətinin hesablamalarına görə, 2014-cü ildə “Skype” və “WhatsApp”a görə mobil operator şirkətlərinin itkiləri 20 milyard dollar olub.
 
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, populyar mobil messencerlər və VoİP-xidmətlər arasında “Skype” xüsusi seçilir.
 
ICQ, “Mail.ru Agent” kimi əlavələrin də daxil olduğu “Mail.ru Group”un istifadəçilərinin 70 faizi bu proqramdan istifadə edir. Bundan başqa, mobil əlavələr arasında “WhatsApp” və “Viber” də liderlik edir.
 
Yuxarıda adıçəkilən messencencerlərdən mütəmadi istifadə səsli zənglər və SMS-lərdən daha az istifadə edilməsinə gətirib çıxarır. Bu zaman isə mobil operatorlar külli miqdarda gəlirlərini itirirlər.

Mobil operatorların bunun qarşısını almaq üçün tək bir yolu var, o da bu xidmətləri bloklaşdırmaqdır.

Bununla belə, hələ ki, heç bir mobil rabitə şirkəti belə bir addıma əl atmayıb.

 





12.06.2015    çap et  çap et