525.Az

İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib


 

İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabeti ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram”.
 





12.06.2015    çap et  çap et