525.Az

Norveçdə azərbaycanlı violonçel ifaçısı Jalə Əliyevanın konserti olub


 

Norveçdə azərbaycanlı violonçel ifaçısı Jalə Əliyevanın konserti olub<b style="color:red"></b>

İyunun 10-da Norveçin Bergen səhərində Qriq Akademiyasının magistr pilləsi üzrə təhsil alan azərbaycanlı violonçel ifaçısı Jalə Əliyevanın buraxılış konserti keçirilib.

Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Konsertin sonunda bəstəkar Fikrət Əmirovun violonçel üçün yazdığı “Poema monoloq” əsəri ifa olunub və bu ifa Bakıda keçirilən  2015 Birinci Avropa Oyunlarına həsr edilib.

Konsertin sonunda azərbaycanlı ifaçı Jalə Əliyeva və tədbirdə iştirak edən Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli Bakıda keçirilən  2015 Birinci Avropa Oyunları barədə danışıblar.

 





16.06.2015    çap et  çap et