525.Az

Milli Qəhrəman Əlyar Əliyevin 55 yaşı anılıb


 

Milli Qəhrəman Əlyar Əliyevin 55 yaşı anılıb <b style="color:red"></b>

Keçən həftə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin anadan olmasının 55 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüşlərdə onunla bərabər iştirak etmiş yaxın silahdaşları, təhsil ocağının rektoru Ağacan Əbiyev, sənət adamı Şəmistan Əlizamanlı ziyalılar iştirak ediblər.

 

Akademiyanın rektoru Ağacan Əbiyev çıxışı zamanı Əlyar Əliyevin bütün Azərbaycan gənclərinə, idmançılarına örnək olduğunu qeyd edərək, onun həyatı fəaliyyətinə dair yeni bir kitab ərsəyə gətirməyin lazım olduğunu bu işlə yaxından məşğul olacağını əlavə etdi.

 

Sonra çıxış edənlər Milli Qəhrəman haqqında, onun həyatı, fəaliyyəti, döyüşlərdəki şücaəti haqqında danışdılar.

 

Tədbirdə Əlyar Əliyev haqqında geniş videosüjet nümayiş olundu.

 

Daha sonra Akademiyanın professoru Dilqəm Əliyev, N.Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəfadar Zeynalov, şair Hacı Nərimanoğlu, Elbrus Qayalı çıxış etdilər. Əlyar Əliyev haqqında yazılmış kitabın müəllifi Hacı Nərimanoğlu Milli Qəhrəmanın şücaətindən söhbət açdı: “Mən elə bir qəhrəmandan söz açıram ki, o qəhrəman 1992-ci il 16 iyununda silah-sursatla dolu 3 erməni vertolyotunu məhv eləmişdi, ermənilərin 3- böyük şəhəri olan Gorusun altını üstünə çevirmişdi”.

 

Ceyhun ABASOV
 





17.12.2012    çap et  çap et