525.Az

"Milan"ın yeni baş məşqçisi müəyyənləşib


 

"Milan"ın yeni baş məşqçisi müəyyənləşib<b style="color:red"></b>

Filipo İnzagi ilə yollarını ayıran "Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Sinişa Mihayloviç çalışdıracaq.

Milan təmsilçisi daha öncə "Real"dan ayrılan Karlo Ançelottini baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırırdı. Lakin Ançelotti bu təklifi rədd etdiyi üçün "Milan" klubunun rəhbərliyi Mihayloviçlə anlaşıb. 46 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mihayloviçin son komandası "Sampdoriya" klubu olub.

 

 





16.06.2015    çap et  çap et