525.Az

DÇ-2018-in püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları rəqib olmayacaq


 

DÇ-2018-in püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları rəqib olmayacaq<b style="color:red"></b> 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları ayrı qruplarda yer alacaq.
 
APA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi iki ölkə arasındakı siyasi durum göstərilir.
 
DÇ-2018-in seçmə mərhələsinin püşkatması 2015-ci ilin 25 iyul tarixində Sankt-Peterburqda baş tutacaq. DÇ-2018 Rusiyanın 11 şəhərində keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları uzun müddətdir dünya və Avropa çempionatlarının seçmə mərhələlərində ayrı-ayrı qruplarda yer alırlar.
 





16.06.2015    çap et  çap et