525.Az

Süleyman Dəmirəl öldü


 

Süleyman Dəmirəl <b style="color:red">öldü</b>

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl bu gün gecə saatlarında vəfat edib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, eks-prezident Özəl Ankara Güvən xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Dəmirəl bu ilin 13 mayında böyrək və ürək çatışmazlığı, o cümlədən, tənəffüs yollarının infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Davamlı müalicəyə rəğmən iyunun 16-da tənəffüs sistemi və ürək funksiyası pozulub və bir gün sonra vəfat edib.

Xatırladaq ki, Süleyman Dəmirəl İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət fəaliyyət göstərən baş nazir, 1993-2000-ci illərdə isə Türkiyə prezidenti olub.

Bundan başqa o, qurduğu 7 hökumət ilə Türkiyənin ən çox hökumət formalaşdıran siyasətçisi kimi tarixə keçib.

Cavid QƏDİR

 





17.06.2015    çap et  çap et