525.Az

Bulvarda edə bilmədiyi intiharı həbsxanada etdi


 

Bulvarda edə bilmədiyi intiharı həbsxanada  etdi<b style="color:red"></b> Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən məhkum, 1982-ci il təvəllüdlü Mikayılov Pərviz Əziz oğlu özünü tualetdə özünü kapron iplə asıb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb. Qeyd edək ki, P.Mikayılov 1 il əvvəl Dənizkənarı Milli Parkdakı Saat Qülləsinə çıxaraq intihara cəhd etmişdi. Həmin vaxt ictimai asayişi pozduğuna görə saxlanılan şəxsin xuliqanlıq əməli üzə çıxmışdı və onun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdı.
 





17.12.2012    çap et  çap et