525.Az

Rayonlara gedən bütün yollar açıqdır- Yol polisi


 

Rayonlara gedən bütün yollar açıqdır- <b style="color:red">Yol polisi</b>

Respublikanın rayonlarına gedən yollar açıqdır.
 
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev Trend-ə bildirib ki, qarlı-şaxtalı hava şəraiti respublikanın rayonlarına gedən magistral yollarda problem yaranmayıb.

Əliyev bildirib ki, yollar açıqdır, buz bağlamayıb. Şöbə rəisi nin sözlərinə görə, hava şəraiti ilə əlaqədar yollarda problem yaranarsa, müvafiq təşkilatların iştirakı ilə lazımi tədbirlər görüləcək.

Ötən gün respublikada 10 yol qəzası qeydə alınıb, qəzalarda 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

 





17.12.2012    çap et  çap et