525.Az

Elvin Yunuszadə rəsmən "Qarabağ"da


 

Elvin Yunuszadə rəsmən "Qarabağ"da<b style="color:red"></b>

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir transferini gerçəkləşdirib.

Qol.Az-ın məlumatına görə, Ağdam klubu "Neftçi"dən ayrılan Elvin Yunuszadə ilə müqavilə imzalayıb.

Xəbəri "Qarabağ"ın mətbuat xidmətindən təsdiqləyiblər.

23 yaşlı mərkəz müdafiəçisi iki illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Qarabağ" buna qədər Bakı "İnter"indən Elvin Məmmədov,  Coşqun Diniyev və Azər Salahlını, "Simurq"dan Vüqar Mustafayevi,  Fransanın "Lans" klubundan Alharbi El Jadeyaouini heyətinə cəlb edib.

 





17.06.2015    çap et  çap et