525.Az

Sabahdan temperatur yüksələcək


 

Sabahdan temperatur yüksələcək<b style="color:red"></b> Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin nülayimləşəcəyi, yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən günün I yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq. Dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-9 dərəcə isti olacaq.

Dekabrın 18-i gündüz saatlarından etibarən Azərbaycanın qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, şərq rayonlarında havanın arabir az yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
 





17.12.2012    çap et  çap et