525.Az

Qiyamətin 10 əlaməti


 

Qiyamətin 10 əlaməti<b style="color:red"></b>

Türkiyə Diyanət İşlər Nazirliyinin Din İşləri üzrə Ali Şurası 21 dekabrda Qiyamətin olaacağını deyənlərə cavab verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şuranın yaydığı bəyanatda bildirilir: "Dünyanın sonu və qiyamətin qopacağı günü insan bilə bilməz, çünki bu bilgi Allahın iradəsidir. Bu səbəbdən də möminlər üçün önəmli olan məsələ qiyamətin nə zaman qopacağı və dünyanın sonunun nə zaman olacağı yox, bir gün bunun mütləq gerçəkləşəcəyinə inanmaq və axirət həyatı üçün hazır olmaqdır. 10 böyük əlamət gerçəkləşmədən qiyamət qopmaz".

"Diyanet İşleri Başkanlığı Din İşleri Yüksek Kurulu" nun dediyinnə görə, Qiyamətin kiçik əlamətləri bunlardır:

1. Din və inanc barədə məlumatsızlığın yayılması

2. Spirtli içkilərin çox içilməsi

3. Fitnə, qətllər, əxlaqsızlığın artması

4. Maddi rifahla bahəm bədxərclik, qənaətsizlik və nankorluğun yayılması

5. Allahın rizası əvəzinə gəlir və mənfəətin üstün tutulması

Qiyamətin böyük əlamətləri isə bunlardır:

1 . Dəccalın çıxışı və peyda olması

2. Hz.İsanın yer üzünə enməsi

3. Yəcuc və Məcucun peyda olmaları

4. Dəbbət ül Ərzin peyda olması

5. Günəşin qərbdə doğması

6. Şərqdə, qərbdə və Ərəbistan yarımadasında yerin çökməsi

7.  Tüstü, duman və Adəq çuxurundan alovların çıxaraq insanları məşhər yerinə sürükləməsi.

Bu hadisələr və əlamətlər Qurani-Kərimdə yer alıb.

 





17.12.2012    çap et  çap et