525.Az

Misir müxalifəti xalqı yenə küçələrə çağırdı


 

Misir müxalifəti xalqı yenə küçələrə çağırdı<b style="color:red"></b>

Misir siyasətinin liberal və sol yönümlü təbəqələrini bir araya gətirən Milli Qurtuluş Cəbhəsi ölkədə keçirilən referendumun nəticələrini tanımayıb.

Paytaxt Qahirədə Vəfd Partiyasının qərargahında toplanan Milli Qurtuluş Cəbhəsinin yaydığı açıqlamada referendumun dekabrın 15-də keçirilən ilk turunda Hüsnü Mübarək dövründəkindən daha geniş və daha yayğın saxtakarlıqların müşahidə edildiyi bildirilib.

Milli Qurtuluş Cəbhəsi konstitusiya layihəsinin rədd edilməsi üçün xalqı meydanlara çıxmağa çağırıb.

Açıqlamada referendumdakı saxtakarlıqların sübuta yetirilməsi üçün hüquqi mübarizənin davam edəcəyi, eyni zamanda ikinci turda xalqın konstitusiya layihəsinin əleyhinə çıxması üçün kampaniyanın davam etdiriləcəyi bildirilib. Müxalifət referendumun birinci turunun yenidən keçirilməsini tələb edib.

Qeyd edək ki, Hürriyyət və Ədalət Partiyası referendumda xalqın 56,5 faizinin konstitusiya layihəsinin lehinə, 43,5 faizinin isə əleyhinə səs verdiyini bəyan edib. Müxalifət isə xalqın 66 faizinin konstitusiya layihəsini rədd etdiyini iddia edir. Rəsmi nəticələr dekabrın 22-də 17 bölgədə keçiriləcək ikinci turdan sonra açıqlanacaq.

TRT

 





17.12.2012    çap et  çap et