525.Az

Çində uyğurlara oruc tutmaq qadağan olundu


 

Çində uyğurlara oruc tutmaq qadağan olundu<b style="color:red"></b>

Sincan Uyğur Muxtar Bölgəsi keçən il olduğu kimi, bu il də oruc qadağasına məruz qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin rəhbərliyi tərəfindən verilən bir bəyanatda  Müsəlman Partiya üzvləri, dövlət şəxsi heyəti, tələbə və müəllimlərin Ramazan ayı boyunca oruc tutmalarının qadağan olunduğu bildirib. 
Müsəlmanlar tərəfindən işlədilən mağaza və restoranlara ay ərzində siqaret və spirt satmağa davam etmə və oruc tutulan saatlarda açıq qalma zəruriliyi gətirilərkən, əks təqdirdə tamamilə bağlanılması riski ilə üz-üzə olduğu xəbərdarlığı edilib. 

Dünya Uyğur Konqresinin Sözçüsü Dilşat Rəşid Çinin bu hərəkətini İslami inancı nəzarət altına almaq üçün edilən bir təşəbbüs olduğunu bildirib. 

Onun sözlərinə görə bu cür məhdudiyyətlər Uyğur xalqını Çin hökumətinin rəhbərliyinə daha çox qarşı çıxmağa yönləndirir. 

Rəşid, "uyğurların inamı yüksək dərəcədə siyasiləşib və bu sıx nəzarət artımı kəskin bir müqavimətin ortaya çıxmasına səbəb ola bilər”, deyib .

 





18.06.2015    çap et  çap et