525.Az

"Sonu əlvida" üçün İmza günü


 

"Sonu əlvida" üçün İmza günü<b style="color:red"></b>

İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şairə Arzu Hüseynin "Sonu əlvida" şeirlər kitabı üçün imza günü keçirilib.

AybKitab layihəsinin XIII nəşri olan "Sonu əlvida"nın imza mərasimində Birliyin katibi Rəşad Məcid çıxış edərək Arzu Hüseynin istedadlı gənclərdən biri olduğunu, bəyənilən şeirlər yazdığını bildirib.
 
Sonra tədbirin aparıcısı, aybKitab-ın rəhbəri, şair Xəyal Rza layihəsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra Arzu Hüseynin yaradıcılığından danışıb:
 
"Arzu Hüseyn Gənc Ədiblər Məktəbinin yetirməsidir və bu onun ilk kitabıdır. Arzunu bu münasibətlə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Tədbirdə Baba Vəziroğlu, Şeyx Əbdül, Əli Aslanoğlu, Oqtay Rza, Əsəd Cahangir, Xeyrulla Ağayev, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Kəmaləddin Qədim, Əli Əlibəyli də çıxış edərək Arzu Hüseynin şeirləri barədə müsbət fikirlər söyləyiblər.

Sonda A.Hüseyn çıxış edərək aybKitab layihəsinin rəhbərinə, ona dəstək olan insanlara, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

 





18.06.2015    çap et  çap et