525.Az

Kamilə Əliyeva : “ Demokratik inkişaf öz şüurlu seçimimizdir ”


 

Kamilə Əliyeva : “ Demokratik inkişaf öz şüurlu seçimimizdir ”<b style="color:red"></b>

“Azərbaycana qarşı bəzi beynəlxalq qeyri-hökumət təşkilatları hər zaman qərəzli və qeyri-obyektiv mövqe tuturlar. Həmin təşkilatların ön sırasında isə “Freedom House”  gəlir”.

Bunu 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara geniş yer ayırır:

“Biz çox yaxşı bilirik ki, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin, beynəlxalq qeyri- hökumət təşkilatlarının arxasında ermənilər və onları himayə edən qüvvələr dayanırlar. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salsınlar, onun nüfuzuna, imicinə kölgə salsınlar. Həmin dairələr bir an olsun belə, anti-Azərbaycan  fəaliyyətlərinin dayandırmırlar. “Freedom House” təşkilatının hesabatları ilə də tanış olduqca, adamın gözündə eyni mənzərə canlanır.Yəni, yenə eyni, tanış, köhnə və məlum ssenari. Ancaq onu da birmənalı şəkildə qeyd etməliyəm ki, bu cür hesabatlarla onlar Azərbaycana , Azərbaycana dövlətinə heç nə edə bilməyəcəklər və bilməzlər. Onlar bu hesabatları ilə  sadəcə, özlərinə ziyan edirlər, olan-qalan nüfuzlarını da -əgər varsa - itirirlər. Artıq heç kim həmin qəbildən olan qurumların hesabatlarını ciddiyə almır, onları etibarlı və güvənli bir mənbə hesab etmirlər. Odur ki, bir daha təkrar edirəm, bu cür əsassız, qərəzli hesabatlar yaymaqla “Freedom House” və onun tipli beynəlxalq qeyri-hökumət təşkilatları heç nə edə bilməyəcək, öz məkrli niyyətlərini reallaşdırammayacaqlar”. K.Əliyeva eyni zamanda onu da sözlərinə əlavə edib ki, heç kim, heç bir qüvvə Azərbaycanı öz tutduğu inkişaf, çiçəklənmə və demokratiya yolundan döndərə bilməz və bilməyəcək.

“İnkişaf,  çiçəklənmə, demokratiya Azərbaycan xalqının, Azərbaycan dövlətinin öz seçimidir, öz seçdiyi yoldur, bunu bizə heç kim məcbur etməyib. Bu yolu biz özümüz şüurlu olaraq seçmişik və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə də bu yolda inamla gələcəyə doğru irəliləyirik. Ona görə heç bir qüvvə bizi bu yoldan sapındıra, yayındıra, geri döndərə bilməz və bu yöndəki cəhdlər də heç bir səmərə verməyəcək”- deyə, millət vəkili sonda qeyd edib.

Kamil Həmzəoğlu

 





17.12.2012    çap et  çap et