525.Az

"Qarabağ" Avstriyaya getdi


 

"Qarabağ" Avstriyaya getdi<b style="color:red"></b>

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" sözügedən turnirə hazırlaşmaq üçün bu gün Avstriyaya yollanıb.

Klubdan Qol.Az-a verilən məlumatına görə,  İstanbula yola düşən Ağdam təmsilçisi Türkiyədən  Münhenə, oradan isə Avstriyaya gedəcək.

Qurban Qurbanovun komandası  Avstriyada üç yoldaşlıq oyunu keçirəcək.

Təlim-məşq toplanışının müddəti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasından asılı olacaq. İyunun 22-də keçiriləcək püşkatmanın nəticəsinə görə "Qarabağ" ilk oyununu səfərdə keçirməli olsa, komanda Avstriyadan birbaşa matçın keçiriləcəyi şəhərə yollanacaq.

 





18.06.2015    çap et  çap et