525.Az

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya getdi


 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya getdi<b style="color:red"></b>

Ali Rada Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefasını qəbul edib.

Modern.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, bu qərarın lehinə 248, əleyhinə 8 deputat səs verib.

67 nəfər səsvermədə iştirak etməyib. Onların 25-i “Müxalifət bloku” və 20 nəfəri “Oleq Lyaşkonun Radikal Partiyası”nın deputatlarıdır

Bu arada yerli KİV-in Kiyev meri Vitali Kliçkoya istinadən verdiyi məlumata görə, Nalivayçenko “UDAR” partiyasına müraciət edərək siyasətlə məşğul olmaq istəmədiyi üçün istefasına dəstək verilməsini istəyib.

Ukrayna prezidenti Pyotr Poroşenko iyunun 18-də səhər saatlarında fraksiya liderləri ilə uzun danışıqlardan sonra Nalivayçenkonun vəzifəsindən azad edilməsi ilə bağlı parlamentə müraciət edib.

Bu vəzifəyə Vasili Qritsakın təyin olunacağı ehtimal edilir. Poroşenko Nalivayçenkoya xarici kəşfiyyatda başqa vəzifə təklif etsə də, o, imtina edib.

 





18.06.2015    çap et  çap et