525.Az

Kadırov Qafqazda çoxarvadlılığın tərəfdarıdır


 

Kadırov Qafqazda çoxarvadlılığın tərəfdarıdır<b style="color:red"></b>

Çeçenistanda, Dağıstanda və İnquşetiyada çoxarvadlılığa icazə verilməlidir.
 
Modern.az bildirir ki, bunu Rusiya KİV-nə müsahibəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov deyib:

“Kim bizi buna görə vəhşi hesab edəcəksə, deməli, özü vəhşidir. Çünki bu normaldır, qadına təmiz və düzgün yanaşmadır”.

Onun sözlərinə görə, qanun pozulmur, nikah idarələri yalnız bir nikah qeydə alır. Rusiyada 25 milyon müsəlman yaşayır və İslam dini çoxarvadlılığa icazə verir:

“Çoxları hesab edir ki, bu dəhşətlidir. Mən isə deyirəm: heç olmasa bir kişi göstərin ki, bir neçə sevgilisi olmasın. Beləsi yoxdur. Onların hamısı arvadlarını aldadırlar. Mən isə heç vaxt arvadıma yalan danışmamışam.

Ona görə də çoxarvadlılıq  - bu çox yaxşıdır, çoxlu sevgilin olmaq – pisdir.  Əgər mən çoxarvadlılığın əleyhinə çıxsam, müsəlman deyiləm”.

Kadırovun fikrincə, bu yolla ölkədəki demoqrafik problemi də həll etmək olar.

 





18.06.2015    çap et  çap et