525.Az

Məktəblərə avtomat paylanacaq


 

Məktəblərə avtomat paylanacaq<b style="color:red"></b> Nazirlər Kabineti 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişikliklər edib.
 
Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, “Təhsil haqqında”, “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilib.
 
Dəyişikliyə əsasən “Hərbi xidmətə çağırışın əsasları haqqında”  qanun bu siyahıdan çıxarılıb və bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla əvəzlənib. Müdafiə Nazirliyi isə gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətini itirib. Bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerinə yetirəcək. Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənəcək və tədris müəssisələri arasında yayacaq. Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi ilə birlikdə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edəcək, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edəcək.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi, “Azərkinovideo” İstehsalat Birliyi ilə birlikdə təhsil müəssisələri üçün ibtidai hərbi hazırlığa aid tədris filmlərinin çəkilməsini və yayılmasını təmin edirlər. Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil edəcəklər. Respublikanın rayon və şəhərlərində ibtidai hərbi hazırlığa rəhbərlik rayon (şəhər) təhsil şöbələrinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə həvalə olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri  təhsil şöbələri ilə birlikdə ibtidai hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil edir, atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla onları təchiz edir. İHH üzrə metodistlə, təhsil müəssisələrini isə hərbi rəhbərlərlə təmin edəcək. Təhsil müəssisəsinin direktoru dərs ilinin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ibtidai hərbi hazırlıq yekunu haqqında yazılı hesabat verəcək. Hərbi rəhbər hərbi hissələri, xüsusi təyinatlı ali təhsil müəssisələri, rayon (şəhər) gənclər və idman idarələri, mülki müdafiə qərargahları, KHVTİC şuraları və başqa ictimai təşkilatlar ilə sıx əlaqə saxlayır, onların köməyindən istifadə edəcək.
 
Şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri hərbi hissələrin komandirləri və xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri ilə yerini və vaxtını razılaşdıraraq təşkil edəcəklər. Hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Tibbi-sanitariya müəllimləri rayon (şəhər) təhsil, səhiyyə şöbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hazırlıqlı tibb işçiləri və mülki müdafiədə“ Tibbi biliklərin əsasları” kursunu bitirmiş müəllimlərdən təyin olunacaqlar.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə tədris prosesinin təşkilini və İHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər. İstiqamətverici toplanış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və  Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istiqamətverici toplanışın səmərəli keçməsi üçün hərbi rəhbərləri silahla, hərbi texnika ilə təmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təhsil Nazirliyi ilə birlikdə təsdiq etdiyi proqram üzrə hər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərlə beş günlük tədris-metodiki toplanış keçirir. Toplanışda dərs ilinə yekun vurulur, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl iş təcrübələri öyrənilir və praktik dərslər keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edəcəklər. Rayon (şəhər) təhsil şöbəsi, təhsil müəssisələri, yerli səhiyyə şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tibbi hazırlıq keçən müəllim və tibb işçiləri üçün dərs ilinin başlanğıcında və qış tətili günlərində metodiki məşğələlər təşkil edir və keçirir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazlarla tabel üzrə təmin edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.
 
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə, milli təhlükəsizlik və daxili işlər orqanları sistemində, keçmiş sovet ordusunda xidmət etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) xidmət illəri pedaqoji stajlarına daxildir.
 





17.12.2012    çap et  çap et