525.Az

"Rusiya Qərblə əməkdaşlığa hazırdır”


 

"Rusiya Qərblə əməkdaşlığa hazırdır”<b style="color:red"></b>

“BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiya Qərb ilə əməkdaşlığa hazırdır”.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.
 
“Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək”, - deyə V. Putin vurğulayıb.
 
Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.

 





19.06.2015    çap et  çap et