525.Az

Amerikalı "Kardinal"ların sarışın "Miledi"si Azərbaycana qarşı


 

REBEKKA VİNSENT VƏ ONUN KOMANDASININ MƏXFİ ƏMƏLİYYATI

Amerikalı "Kardinal"ların sarışın "Miledi"si Azərbaycana qarşı<b style="color:red"></b>

Rebekka Vinsent -  amerikan-ingilis əsilli ,özünü  ictimai vəkillik üzrə ekspert kimi təqdim edən bu xanım son illər Azərbaycanda kifayət qədər "məşhurluq" qazanıb.

Sarışın, kimin üçünsə sakit və mülayim  görünə biləcək bu xanımın əslində böyük bir təxribat planının önündə dayandığına dair ciddi və təkzibolunmaz faktlar var. Xəfiyyələr aləmində kod adı "Miledi" olan Rebekka Vinsent uzun müddət Bakıda , Amerika səfirliyində fəaliyyət göstərsə də , onun ilk dəfə  ictimaiyyətə bir "persona" kimi tanıtımı 3 il əvvələ təsadüf edir. 

Həmin dövrdə bu xanım Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin dəstəyi ilə fəaliyyət göstərən Azad Fikir Universitetində xüsusi mühazirələr verməyə başlayır. Mühazirənin adı da təsadüfi seçilməmişdi - "İnsan hüquqları kampaniyasını necə aparmalı?". Xanım Rebekkanın Youtube internet portalında yerləşdirilən bu "elmi"  mühazirələrinə cəmi 2 dəqiqə qulaq asmaq kifayət edir ki , bu "Miledi" ləqəbli  xanımın və onun okeanın o tayındakı himayədarı olan "Kardinalın" əsas niyyətinin nə olduğunu biləsən.

Xanım Rebekka gənclərdən ibarət auditoriyaya üz tutaraq insan hüquqları kampaniyasının uğurlu nəticələnməsi üçün lazım gələrsə uzunmüddətli etiraz aksiyalarının keçirilməsinin labüd olduğunu bildirir. Və bir neçə dəfə sətiraltı olsa da Azərbaycanda da oxşar ssenarinin mümkünlüyünə işarə vurur. Xanım Rebbeka bu sözləri deyəndə heç fərqinə də varmır ki , müvəqqəti yaşadığı ölkə statusunda olan Azərbaycanda şəxsən onun bütün hüquqları qorunub. Həyat yoldaşı Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində müəyyən post tutan "Miledi"  hətta yalnız yaşamaq üçün qeydiyyatda olduğu Azərbaycanda , qanunsuz olsa da fəaliyyət göstərməsinə , işləməsinə müəyyən mənada güzəşt olunub .

Onun qeyri-qanuni fəaliyyət göstərdiyi əsas və son mərkəzlərdən biri məhz Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) olub. Sonra böyük miqdarda əldə etdiyi vəsaiti vergi orqanlarından gizlətdiyi aşkarlanacaq İnstitutun sədri Emin Hüseynovun  amerikalı həyat yoldaşının yaxın rəfiqəsi olan Rebekka xanım bu müddət ərzində kifayət qədər yüksək maaş da alırmış. Baxmayaraq ki, insan haqlarından, söz azadlığından ağızdolusu danışan bu şəxslər eyni yerdə fəaliyyət göstərən amma azərbaycanlı olan işçilərini incidir, onların haqlarını pozur, ayrılmış vəsaitləri mənimsəyirlərmiş.

Misal olaraq ,  2009-cu ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 360 min avro dəyərində olan "Azad dalğalar" layihəsinin icraçılarından olan jurnalist Aynur Elgünəş 2009-cu ilin iyulunda internetdə dərc etdiyi "Hüquqları tapdayan hüquq müdafiəçisi" məqaləsində, jurnalist Ceyhun Nağının "Eminlə niyə işləmək olmur və yaxud "qrant-amyotşiklərə" dost məsləhəti" adlı məqaləsində bir sıra tutarlı faktlara toxunulub. İlk fəaliyyətinə "Turan" agentliyində sadə iqtisadi müxbir kimi başlayan , daha sonra amerikalıların Gürcüstanda yaratdığı GİPA universitetində təhsil alan Emin Hüseynov Bakıya qayıdandan sonra 180 dərəcə dəyişir. Qərb və ABŞ-dakı donorlarının dəstəyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunu yaradır və hər gün bir xarici təşkilata məktub yazaraq, bəyanat verərək Azərbaycanı ləkələyir, guya ölkəmizdə söz azadlığının olmadığını sübut etməyə çalışır. O Birləşmiş Ştatların növbəti "sevimli oğlanı"na çevrilir . "Miledi"-nin bir müddət sonra məhz onun yanında peyda olması da əvvəlcədən planlaşdırılmış bir ssenarinin tərkib hissəsi idi.

Maraqlıdır ki, İsveçrənin xarici işlər nazirinin sözün əsl mənasında "baqaj"ında Azərbaycandan çıxarılan Emin Hüseynov artıq Berndə , özü də xəbəri olmadan bütün fəaliyyətini ifşa edən açıqlamaya imza atıb. O etiraf edir ki, 160 min vergi borcunu ödəyəndən sonra onun bir "yük" kimi ölkədən çıxarılmasına icazə verilib. Deməli , özünün də dəfələrlə iddia etdiyi kimi təqib olunması heç də əsassız deyilmiş. Onun təşkilatına ayrılan vəsait vergidən yayındırılıb. Nəticə isə göz qabağındadır. Emin həm Vətənini , həm də digər həmkarlarını satır. Onlardan biri də hazırda həbsxanada olan Rəsul Cəfərovdur.

"Demokratiyada məxfi şəbəkə" izi

Yeri gəlmişkən, hazırda hüquq müdafiəçisi adı altında intensiv olaraq Azərbaycan əleyhinə təhqiramiz, qərəzli yazılarla çıxış edən "Miledi" Rebecca Vinsentin  Rəsul Cəfərovun da "xüsusi" bir statuslu gəncə çevrilməsində məxsusi rolu olub. Rəsul Cəfərov Rebecca Vinsentin Azərbaycan əleyhinə təşkil etdiyi "Demokratiya naminə İncəsənət kampaniyası"nın layihə koordinatoru olub. Bu isə daha bir qarayaxma kampaniyasının- "Demokratiya naminə Oxu" ("Sing for democracy") kampaniyasının bazasında yaradılmışdı. Çox maraqlıdır ki, Bakıda “Avroviziya” ərəfəsində NED (National Endowment for Democracy) tərəfindən maddi dəstək almış "Sing for democracy" layihəsi Füzuli və Şəmsi Bədəlbəyli küçələrində evləri plana düşərək sökülən sakinlərin "etiraz"ları ilə eyni vaxtda təsadüf edirdi. Lakin bu günə kimi NED-in "Sing for democracy" adı altındakı layihəsinə sərf etdiyi məbləğ açıqlanmır.

Maraqlıdır ki, Rəsul Cəfərov həmçinin ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılla da sıx təmasda olub . Onların ABŞ üçün Azərbaycandan lazımi məlumatları bir yerdə hazırlayıb ötürməsi haqqında çoxsaylı informasiyalar mövcuddur.

Sadalanan faktlardan da görünür ki, bu məxfi əməliyyatda  Azərbaycana qarşı birmənalı münasibəti olmayan qərəzli şəxslər toplaşıb. Cavab sadədir, bu cür şəxslərə həmişə ehtiyac var , əz azı ona görə ki, onlar Qərb və ABŞ-ın  əlində suveren dövlətin daxili işlərinə qarışmaq, təzyiq göstərmək üçün  çox yaxşı alətdir. Özü də istifadə müddəti bitəndən sonra üzərinə "yararsız" möhürü vurularaq bir kənara atılan alət .
İndi də bu alətlərdən Bakıda keçirilən 1-ci Avropa oyunları dövründə yenidən istifadə olunmağa başlanılıb.

Bu məsələdə anti-Azərbaycan mövqeyi ilə seçilən və zamanı Bakı-2015 əleyhinə materiallar yayan  bloqçu Rebekka Vinsent, öz aktivliyi ilə daha çox seçilir. "Miledi" bloqunda "sübut" kimi guya Bakıda on min nəfərin Avropa oyunlarına qarşı hansısa etiraz aksiyasından fotolar da yerləşdirilib. Araşdırmalardan sonra məlum olur ki, guya Bakı-2015-ə etiraz aksiyasından təqdim etdiyi bu fotolar Azərbaycan müxalifətinin ənənəvi mitinqindəndir. Bu, icazəli mitinq idi və Avropa oyunlarına heç bir aidiyyatı yox idi.  Göründüyü kimi əvvəldən xəfiyyə kimi tanıdığımız Rebekka Vinsent , indi bir jurnalist kimi də obyektivlikdən çox uzaqdır. O, peşəkarlıqdan kənar, faktları təhrif etməklə öz mövqeyini nümayiş etdirir. Və bu sarışın xanım barəsində hər dəfə yeni faktlar aşkarlayanda yarızarafat, yarıciddi düşünürsən ki,   "Onun bu gözəlliyi dünyanı xilas etməyəcək"!

Lent.az

 





19.06.2015    çap et  çap et