525.Az

Türkiyədə 2 avtobus toqquşub, 46 yaralı


 

Türkiyədə 2 avtobus toqquşub, 46 yaralı<b style="color:red"></b>

Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində onlarla insan xəsarət alıb.

APA-nın “Hurriyet”ə istinadən xəbərinə görə, hadisə İzmir və Aydın vilayətləri arasındakı magistral yolda qeydə alınıb. Şəhərlərarası sərnişin daşıyan iki avtobus toqquşub.

Zərbənin gücündən avtobuslardan biri aşıb. İlkin məlumata görə, 46 nəfər yaralanıb. Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti dayanıb.

 





19.06.2015    çap et  çap et