525.Az

«Mövlanə mənəviyyatının işığında» (Fotolar)


 

«Mövlanə mənəviyyatının işığında» <b style="color:red"> (Fotolar)</b>

«Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə «Mövlanə mənəviyyatının işığında» adlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, t
ədbirdə həmçinin müəllifi türkiyəli ilahiyyatçı Hüseyn Algülün, elmi redaktoru şərqşünas Seyd Camal Əzimbəylinin olduğu «Kərbəla Qanayan Yara Ürək Sızladan Faciə» adlı kitabın təqdimat mərasimi keçirilib. 

«Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyili çıxış edərək bildirib ki, təşkilat yarandığı gündən ölkəmizdə milli mənəvi dəyərlərin təbliği yolunda bir çox maarifləndirici işlər həyata keçirib. Onun sözlərinə görə, Mövlanə Cəlaləddin Rumiyə həsr olunan tədbirin əsas məqsədi mənəviyyatımızda işıq saçan Mövlanə irsindən bəhrələnməkdir.

S.Əzimbəyli yeni nəşr edilən «Kərbəla» kitabı haqqında məlumat verərək bildirib ki, kitab Gəncliyə Yardım Fodunun dəstəyi ilə işıq üzü görüb. O qeyd edib ki, Həzərti Hüseynə həsr olunan bu mənbə toplusu hər bir müsəlman üçün Kərbala tarixinin bələdçisi olacaq.

Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan bildirib ki, dekabrın 17-si Həzrəti Mövlanənin dünyadan köçdüyü gündür. Onun sözlərinə görə, Cəlaləddin Ruminin özü bu günü şəbi-aruz, yəni sevgili Allaha qovuşma günü kimi dəyərləndirib: «Mövlanə yanındakı dostlarına deyib ki, öldüyüm gün ağlamayın, çünki bizim üçün ölüm Allaha, sevgiliyə qovuşma anıdır. Məhz bu səbəbdən hər il, xüsusilə Türkiyədə 17 dekabrda şəbi-aruz, Mövlanənin haqqa qovuşmasının il döünümü kimi qeyd edilir».

S.A.Arslan Mövlanənin həyatından danışaraq bildirib ki, Xorasan türk-islam aləminə böyük şəxsiyyətlər bəxş edib bu gün onların tutduğu işığı izləməklə irəliləyirik. O qeyd edib ki, bunlardan biri Mövlanə Cəlaləddin Rumidir: «Xüsusilə, Anadolunun türkləşməsində, islamlaşmasında Xorasanın elə bir böyük yer var ki, hər zaman alp ərənlər deyincə, birinci olaraq Xorasan dilə gəlir. Göründüyü kimi  Həzrəti Mövlanə məhz bu yerdə doğulub yetişib».     

Türkiyəli ilahiyyatçı  Hüseyn Algülün yenicə işıq üzü görmüş «Kərbəla Qanayan Yara Ürək Sızladan Faciə» adlı kitabı haqqında danışan əsərin elmi redaktoru, Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu kitab gerçək Kərbəla hadisəsinin, İmam Hüseyn qiyamının doğuran səbəbləri eləcə şəhadətinin fəlsəfəsi mövzusunda ölkə müsəlmanlarının maarifləndirilməsi yolunda olduqca tutarlı elmi-dini mənbədir.

Tədbirdə Dini İşlər üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Erarslan, «Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri müavini Xanım Qasımova, Gəncliyə Yardım Fodunun prezidenti Ahmet Tecim, «Yeni Üfüq»ün gənlər şöbəsinin rəhbəri Elvin Süleymanov çıxış ediblər.

BƏXTİYAR

 





17.12.2012    çap et  çap et