525.Az

“Hazırda Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil”


 

“Hazırda Rusiya ilə adi rejimdə biznes aparmağın vaxtı deyil”<b style="color:red"></b>

ABŞ hesab edir ki, iqtisadi mənada hazırda Rusiya ilə adi rejimdə biznes aparmaq olmaz.

APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
 
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lər Səudiyyə Ərəbistanının Rusiyadan “İsgəndər” raket komplekslərinin əldə etmək niyyətində olduğu barədə məlumat yayıb. 
 
“Nə qədər ki Rusiya beynəlxalq hüququ pozur, onunla adi rejimdə biznes aparmaq olmaz”, deyə Kirbi KİV-də yayılmış xəbərləri şərh edərkən bildirib. 
 
“Biz sahibkarları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırmırıq. Elə sahələr var ki, biz Rusiya ilə əməkdaşlığı davam etdiririk – buraya, misal üçün, təhlükəsizlik məsələləri aiddir. Mən hər şeyi nəzərdə tutmuram, lakin Rusiya ilə biznes adi şəkildə aparılmamalıdır”, deyə Kirbi bildirib.

 





20.06.2015    çap et  çap et