525.Az

Gənc vokalçımız Amerikanın məşhur Musiqi Akademiyasına daxil olub


 

Gənc vokalçımız Amerikanın məşhur Musiqi Akademiyasına daxil olub<b style="color:red"></b>

Beynəlxalq müsabiqələrin laureatı, 18 yaşlı gənc vokalçı Emin Eminzadə bir il ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatında musiqi təhsili alıb.

E.Eminzadə təhsil aldığı müddətdə imtahanlarda uğur qazanaraq Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub.

Qeyd edək ki, E.Eminzadə bu məşhur Musiqi Akademiyasına daxil olan ilk azərbaycanlı kimi də tarixə düşüb. O, Texas ştatında dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı təqdimatlarda iştirak edib və Azərbaycan mədəniyyət ilə amerikalıları yaxından tanış edib.

Bu fəallığına görə E.Eminzadəyə Texas rəhbərliyi tərəfindən ştatın fəxri vətəndaşı statusu verilib.

Xatırladaq ki, gənc vokalçı bu günədək İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən beynəlxalq musiqi müsabiqələrinin laureatı adina layiq görülüb.

S.ABDULLAYEVA

 





20.06.2015    çap et  çap et