525.Az

Anarın “Göz muncuğu” romanı Türkiyədə işıq üzü görüb


 

Anarın “Göz muncuğu” romanı Türkiyədə işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Göz muncuğu” romanı bugünlərdə Türkiyədə, “Bəngü” yayın evində türkcə çapdan çıxıb.

Əsəri türk dilinə tərcüməçi Seyfəddin Altaylı çevirib.

Kitabın arxa qapağında yazılıb: “Anar yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tanınmış yazıçısıdır.
Onun yeni qələmə aldığı  “Göz muncuğu” romanını  birnəfəsə oxuyacaqsınız. Əsər insan xislətinin fərqli tərəflərini anlamağa, ən dərin qatlara enib gizlinləri öz gözlərinizlə görməyə kömək edəcək. “Göz muncuğu”  insanın daxili portretidir... Gözlərində əks olunmuş portreti!”

Qeyd edək ki, ötən ilin sonlarında ilk dəfə “Azərbaycan” dərgisində, daha sonra isə aybKkitab layihəsi çərçivəsində çapdan çıxan roman həm ədəbi tənqidin, həm də oxucuların böyük marağına səbəb olub.

Əsər qısa müddətdə rus və türk dillərinə çevrilib. Yaxın zamanlarda Rusiyada rusca çapı nəzərdə tutulur.

NƏZRİN

 





20.06.2015    çap et  çap et