525.Az

“Azərbaycan” jurnalının iyun sayı çapdan çıxıb


 

“Azərbaycan” jurnalının iyun sayı çapdan çıxıb<b style="color:red"></b>

Bugünlərdə “Azərbaycan” jurnalının iyun sayı işıq üzü görüb. Jurnalın “Poeziya” bölməsində Salam Sarvan, Avdı Qoşqar, Seyran İsmayılov, Rizvan Nəsiboğlu, Cığatel və Allahşükür Ağanın şeirləri yer alıb. 

“Yeni tərcümələr” rubrikasında Vasili Belovun “Olan işdi” povesti və Nobert Yevdayevin şeirləri öz əksini tapıb.

Şair Vaqif Bəhmənlinin 60 illiyi münasibətilə İntiqam Qasımzadənin yubilyarla “Doğulduğu günü xatırlayan adam” başlıqlı müsahibəsi jurnalın bu sayındakı ən maraqlı materiallardandır.

“Dəyirmi masa”da “Müasir ədəbi tənqid: problemlər, mülahizələr” müzakirəsi verilib.

İlqar Fəhminin “Hər şey tərsinə və ya müsibəti-Fəxrəddin” adlı dekonstruktiv telepyesi jurnalın “Dramaturgiya” rubrikasında təqdim edilib.

Şair İltifat Salehin 80 illik yubileyi münasibətilə Əsəd Cahangirin yazısı və yubilyarın şeirləri oxucuların ixtiyarına verilib. Jurnalın bu sayında Qəşəm Nəcəfzadənin “Şəkillər. Yerin altında boşluq”, Aynur Xəlilovanın “Fərman Kərimzadənin “Çaldıran döyüşü” romanında dastan intertekst kimi”, Paşa Əlioğlunun “Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri”, Nizami Tağısoyun  “XIII-XVIII əsrlər tariximizin yeni dərslik mənzərəsi” yazıları da var.

S.ABDULLAYEVA

 





20.06.2015    çap et  çap et