525.Az

Taekvondoçu Radik İsayev mükafatlandırılıb


 

Taekvondoçu Radik İsayev mükafatlandırılıb<b style="color:red"></b>

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Bakı-2015” I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynovun iştirak etdiyi görüşə yarışın VIII günündə qızıl medal qazanan taekvondoçu Radik İsayev (+80 kq)  qatılıb.
 
O, MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.
 
Çingiz Hüseynzadə idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.
 
Daha sonra R.İsayev xüsusi şərəf lövhəsinə imza atıb və ona hədiyyə təqdim olunub.

 





20.06.2015    çap et  çap et