525.Az

"Rusiyaya qarşı sanksiyalar tətbiq edənlərin özlərinə zərbə vurur"


 

"Rusiyaya qarşı sanksiyalar tətbiq edənlərin özlərinə zərbə vurur"<b style="color:red"></b> Rusiyaya qarşı sanksiyalar tətbiq edənlərin özlərinə zərbə vurur və tam şəkildə icra oluna bilmir, çünki üçüncü ölkələrdən hər şey almaq mümkündür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti  administrasiyasının rəhbəri Sergey İvanov  “Financial Times” nəşrinə müsahibəsində bildirib.  
 
“Müasir avadanlıqların çoxuna embarqo qoyulub. Lakin prezident Putin qeyd etdiyi kimi, SSRİ dövründə işləyən sanksiyaları, xüsusən də embarqo tipli sanksiyaları  hazırda tam şəkildə tətbiq etmək mümkün deyil. Sizi inandırıram ki, istənilən avadanlığı üçüncü ölkələrdən çox rahat əldə etmək mümkündür”, deyə İvanov bildirib.  
 
Onun sözlərinə görə, bu prosesi dayandırmaq mümkün deyil, bunu Qərbin sanksiyalarına məruz qalmış İran sübut edib.  
 
“Sanksiyalar hər iki tərəfi iti olan qılınc kimidir, o, həm sanksiyaya məruz qalan ölkəni, həm də sanksiyanı tətbiq edən ölkəni vurur”, deyə İvanov qeyd edib.
 





22.06.2015    çap et  çap et