525.Az

"İnter"dən 40 milyon avroluq transfer


 

"İnter"dən 40 milyon avroluq transfer<b style="color:red"></b>

İtaliyanın "İnter" klubu növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi Xoffrey Kondoqbyanı heyətinə cəlb edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.  O, yeni klubunda illik 4.5 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer üçün "İnter" Kondoqbyanın müqavilə ilə məxsus olduğu "Monako"ya 40 milyon avro ödəyib.

 





22.06.2015    çap et  çap et