525.Az

İsrail nümayəndə heyəti Bakıdakı sinaqoqları ziyarət edib


 

İsrail nümayəndə heyəti Bakıdakı sinaqoqları ziyarət edib<b style="color:red"></b>

Bakı-2015 Birinci Avropa Oyunlarında iştirak edən İsrail nümayəndə heyəti Azərbaycan paytaxtındakı sinaqoqları ziyarət edib.

APA-nın məlumatına görə, əvvəlcə qonaqlar dağ yəhudilərinin sinaqoquna baş çəkiblər. Burada onları Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev qarşılayıb və sinaqoq barədə məlumat verib.

M. Yevdayev bildirib ki, yəhudilər Azərbaycanda uzun illərdir sülh və tolerantlıq şəraitində yaşayırlar və ölkədə birgə yaşayış üçün bütün şərait mövcuddur.
 
Daha sonra qonaqlar Avropa yəhudilərinin (aşkenazi) sinaqoqunda olublar. Burada da onlara sinaqoqun fəaliyyəti barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
Görüşlərdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və İsrail  Olimpiya Komitәsinin rəhbəri İgal Karmi də iştirak edib. 

 





22.06.2015    çap et  çap et