525.Az

"Mən də olsaydım, belə edərdim"


 

"Mən də olsaydım, belə edərdim"<b style="color:red"></b>

"Final görüşü öncəsi ayağımdan zədə almışdım. İstəmirdim ki, rəqibim bunu bilsin. Nə qədər gizlətməyə çalışsam da, Popov məhz həmin ayağıma ağrıdoğurucu fənd tətbiq edərək qalib gəldi".

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Avropa Oyunlarında sambo yarışında gümüş medal qazanan Amil Qasımov jurnalistlərə deyib.

A. Qasımov bildirib ki, 2 ay öncə məhz Stanislav Popovu Dünya kubokunda final görüşündə məğlub edib. Azərbaycanlı samboçu rəqibin görüşdən sonra onu çiyninə alaraq aparmasına isə belə reaksiya verib:

"Sağ olsun, amma mən də olsaydım belə edərdim".

A.Qasımov qazandığı gümüş medalı Azərbaycan xalqına həsr etdiyini də əlavə edib.

 





23.06.2015    çap et  çap et