525.Az

“Bağlanış mərasimi açılış mərasimindən fərqli olacaq”


 

“Bağlanış mərasimi açılış mərasimindən fərqli olacaq”<b style="color:red"></b> “İyunun 22-də 7 idman növü üzrә yarışlar başa çatıb”.

APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, 19 mindәn çox insan gimnastikanın müxtәlif növlәri üzrә yarışlarda tamaşaçı qismindә iştirak edib:

“Yeddi müxtәlif mәkanda tamaşaçı tutumu 80 faiz olub. Dünәn Azәrbaycanı 1600 idmançı tәrk edib. Bu, indiyә kimi әn yüksәk rәqәmdir”.
 
S. Kleq qeyd edib ki, Avropa Oyunları müddәtindә 1 idmançı dopinq testindәn sonra yarışlardan kәnarlaşdırılıb. Bu, oyunlardan әvvәl baş verib.
 
S. Kleq bağlanış mәrasiminin açılış mәrasimindәn fәrqli olacağını söyləyib: ”50 ölkәnin tәntәnәli şәkildә qalibiyyәtini qeyd edәcәyik. Karnavala bәnzәr bağlanış mәrasimi gözlәmәk olar. Çox baxımlı mәrasim olacaq”.
 





23.06.2015    çap et  çap et