525.Az

Ter-Petrosyanın tərəfdarları parlamentin iclasını tərk etdilər


 

Ter-Petrosyanın tərəfdarları parlamentin iclasını tərk etdilər<b style="color:red"></b>

Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin aksiyasında saxlanılanlarla həmrəylik nümayiş etdirən Erməni Milli Konqresi fraksiyası parlamentin iclas zalını tərk edib.
 

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Demirçyan, Qaqik Djanqiryan, Lyudmila Sərkisyan bir-birinin ardınca zaldan çıxıblar. 

İyunun 23-də Yerevanda keçirilən aksiyanın dağıdılması nəticəsində saxlanılan etirazçıların sayı 237 nəfərə çatıb, onların bəzilərinə xuliqanlıq maddəsi ilə ittiham irəli sürüləcək.

 





23.06.2015    çap et  çap et