525.Az

Elektron xidmət növlərinin sayı artırılıb


 

Elektron xidmət növlərinin sayı artırılıb<b style="color:red"></b> Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
 
Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
 
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.
 





23.06.2015    çap et  çap et