525.Az

Polşadan azərbaycanlı gəncə təşəkkür


 

Polşadan azərbaycanlı gəncə təşəkkür<b style="color:red"></b>

Polşa Gimnastika İttifaqının prezidenti Barbara Stanislavişin "Bakı 2015" I Avropa Oyunlarının spotteri Elçin Əlibəyliyə təşəkkür edib.

Bunu Rusiyanın TASS agentliyinə açıqlamasında Polşa Milli Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbaş deyib.

Qurumun rəhbəri vurğulayıb ki, polşalı gimnast Bartolomey Geşi yarışda tullandıqdan sonra yerə düşən zaman Elçin Əlibəylinin tutması faciənin qarşısını alıb.

Qeyd edək ki, iyunun 21-də sinxron tullanma yarışında polşalı idmançı tarazlığı itirərək, batutdan kənara düşəndə onu havada azərbaycanlı spotter Elçin Əlibəyli tutub. Bununla da Bartolomey Geş ciddi xəsarətlərdən qurtulub.

Report.az

 





23.06.2015    çap et  çap et