525.Az

Bu gün hansı idmançılarımız yarışacaq?


 

Bu gün hansı idmançılarımız yarışacaq?<b style="color:red"></b>

Bu gün Azərbaycan idmançıları "Bakı-2015" I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

Qol.Az-ın "Bakı-2015.com"a istinadən yaydığı xəbərə görə, təmsilçilərimiz ümumilikdə 4 idman növü üzrə mübarizə aparacaq.

Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.

Boks, saat 12:30-dan

Qadınlar arasında turnirdə Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışacaq.

Digər boksçumuz Xaybula Musalov isə saat 13:30-da kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparacaq.

Yığmamızın lidelərindən olan  Tayfur Əliyev  (56kq) yarımfinal qarşılaşmasında  rusiyalı Baxtovar Nazirov ilə görüşəcək.

Digər  təmsilçimiz  Teymur Məmmədov saat 20:15-də yüngül-ağır (81kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxacaq.

3x3 basketbol, saat 15:30-dan

Qadınlar Hollandiya və Yunanıstanla, kişilər isə Andorraya qarşı mübarizə aparacaqlar.

Badminton, saat 15:40-dan

Azərbaycanın kişilərdən ibarət cütlüyü Kənan Rzayev və Orxan Qələndərov, çərşənbə axşamı saat 15:40-da Bakı 2015 ilk Avropa Oyunlarının B Qrupunda keçirilmiş yarışlarda Avropa çempionları rusiyalı Vladimir İvanov və İvan Sozonovla oynadıqları zaman gərgin bir tapşırıqla üz-üzə gəliblər. Yerli duet bazar ertəsi baş tutmuş giriş oyunlarında 2:0 uduzaraq Türkiyə ilə qarşılaşıb.

Çimərlik futbolu,  saat 20:30-dan

Azərbaycan yığma komandası Ukrayna ilə qarşılaşacaq. A qrupunda İsveç və Portuqaliya kimi güclü komandaların olması ilə hər iki tərəf yarımfinala yüksəlmək üçün mütləq qələbə uğrunda mübarizə aparacaqlar.

 





24.06.2015    çap et  çap et