525.Az

Oyunların XII günündə 9 dəst medalın sahibi müəyyənləşib


 

Oyunların XII günündə 9 dəst medalın sahibi müəyyənləşib<b style="color:red"></b> Bakı-2015 I Avropa Oyunlarının XII günündə 9 dəst medalın sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilk dəfə günü mükafatsız başa vurub.
 
Aktivində 39 medal olan yığmamız arxada qalan 12 gün ərzində 14 qızıl, 11 gümüş, 14 bürünc mükafat əldə edib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədə qalıb.
 
Siyahının lideri olan Rusiya bu gün daha 7 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 94 mükafat olan rusiyalıların medallarından 47-si qızıl, 25-i gümüş, 22-si bürüncdü. Almaniya isə 3-cü pillədəki yerini qorumaqla yanaşı, yığmamıza yaxınlaşıb. Bu ölkənin idmançıları 12 qızıl, 10 gümüş və 12 bürünc əldə edib.
 
Qeyd edək ki, Bakı-2015-in arxada qalan 12 günündə ümumilikdə 531 - 163 qızıl, 163 gümüş, 205 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 25-i çempionluq sevinci yaşayıb.
 





24.06.2015    çap et  çap et