525.Az

Şabranda Xaqani poeziya bayramı keçirilib - Fotoreportaj


 

Şabranda Xaqani poeziya bayramı keçirilib - <b style="color:red">Fotoreportaj</b>

“Ölkəmizdə ədəbiyyata və mədəniyyətə xüsusi dövlət qayğısının göstərildiyi hər kəsə bəllidir. Məlum olduğu kimi, Azərbaycanda sözügedən sahələrə diqqət və qayğı siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
 
Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da Ulu öndər Heydər Əliyevin bu sahədəki ənənələrindən qidalanır. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən hər bir fəaliyyət hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.

Bu fikirlər Şabranda xoş ənənə halını alan, artıq 4-cü dəfə keçirilən Xaqani Poeziya bayramında səslənən çıxışların ortaq məzmununu təşkil edib.

Tədbir iştirakçıları öncə klassik Azərbaycan poeziyasının banilərindən olan Xaqani Şirvaninin abidəsini ziyarət edib, abidəyə tər çiçək dəstələri düzüblər. Sonra Azərbaycan  və xarici ölkə ədiblərinin, eləcə də bölgə yazarlarının kitablarından ibarət sərgiyə baxış keçirilib. Sərgidə Qədim Şabran şəhəri və ötən illərin poeziya bayramlarını əks etdirən fotoşəkillər də nümayiş olunub.

Poeziya evində gerçəkləşən tədbiri giriş söüylə açan Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Səmədov qeyd edib ki, bugünlərdə bütün dünyanın nəzərləri yenidən Azərbaycana yönəlib. Yüksək səviyyədə davam edən I Avropa Oyunları ölkəmizi bir daha dünyanın ən qabaqcıl, ən inkişaf etmiş dövlətləri sırasına çıxarıb:

“Oyunların möhtəşəm açılış mərasimindəki ədəbi-bədii kompozisiya öz misilsizliyi ilə Azərbaycanda mədəniyyətə, ədəbiyyyata olan diqqət və qayğını yenidən nümayiş etdirdi. Hər kəs bir daha əmin oldu ki, Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi müstəsna qayğı onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir”.

Ə.Səmədov qeyd edib ki, Şabranda Xaqani Poeziya evinin inşa olunması da bu diqqət və qayğının təzahürlərindən biridir, buna görə də hər bir şabranlı yazar ölkə və rayon rəhbərliyinə minnətdardır. Artıq 4 ildir ki, Şabranda Xaqani Poeziya bayramı təşkil olunur, qədim yurd yerimiz tanınmış, istedadlı qələm sahiblərini qonaq qismində qarşılayır”.

Ənənəyə sadiq qalaraq yenə də Xaqani Poeziya evində sözün işığına toplaşdıqlarını deyən yazıçı-publisist Aydın Tağıyev, “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, şairlər Nəcməddin Mürvətov və Sabir Zöhramlı, Poeziya evinin müdiri şairə Aybəniz Əliyar rayon yazarları adından çıxış edərək, ədəbiyyata göstərilən diqqət və qayğıdan, yaradılmış yüksək şəraitdən razılıqlarını bildiriblər. Sonra yerli şairlər öz poetik yaradıcılıqlarından nümunələr səsləndiriblər.

Bakıdan Şabrana qonaq gələrək tədbirə qatılan yazıçı Elçin Hüseynbəyli, şair, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, şair Tofiq Nurəli, ədəbiyyatşünas və tərcüməçi, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli həm Xaqani yaradıcılığının Azərbaycan ədəbiyyatındakı məxsusi yerindən, həm də Şabranda şairin adını daşıyan poeziya bayramı keçirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirə yekun vuran Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, hazırda Azərbaycan xalqı öz tarixinin növbəti əlamətdar günlərini yaşayır:

“Bugünlərdə Odlar Yurdunun işığı yenidən bütün dünyaya yayılıb. Ölkəmiz Birinci Avropa Oyunları kimi mötəbər bir tədbirə, nüfuzlu idman bayramına ən yüksək səviyyədə ev sahibliyi edir və bu, bütün xalqımız kimi, şabranlıları da qürurlandırır”.

N.Novruzov Azərbaycanın çox möhtəşəm tarixi keçmişə sahib olduğunu və bu tarixin bir hissəsinin də qədim yurd yerimiz Şabranla bağlılığını vurğulayıb:
 
“Şabranın qədim tarixinə ən böyük qiyməti verən Ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən, 1979-cu ildə burada arxeoloji tədqiqatlara başlanılıb. Ümummilli liderin imzaladığı Sərəncamla Şabran şəhəri tarixi qoruq elan olunub. Rayona səfərləri zamanı tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev də Şabranın qədimliyini, bu tarixin daha dərindən öyrənilməsinin vacibliyini bildirib. Bu məqsədlə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şabran: dünəndən bu günə və sabaha” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib”.

N.Novruzov qeyd edib ki, böyük şairimiz Xaqaninin həyatının bir hissəsi Şabranın tarixi keçmişi ilə bağlı olduğu üçün burada onun adı və xatirəsi xüsusi ehtiramla anılır:
 
“Şabran qalasında məhbus olan Xaqani burada öz məşhur “Həbsiyyə”sini yaradıb. Xaqaninin həbsdən azad edilməsi də şabranlıların xeyirxahlığı, nəcibliyi və şairə bəslədikləri ehtiram sayəsində mümkün olub. Bu baxımdan, böyük şairimizin abidəsinin Şabranda ucaldılması, burada onun adına poeziya bayramının keçirilməsi heç də təsadüfi deyil. Bu ənənənin ildən-ilə genişlənməsinə və möhkəmlənməsinə, daha yüksək səviyyədə həyata keçirilməsinə ehtiyac var”.

Çingiz XALİDOĞLU
Şabran

 





24.06.2015    çap et  çap et