525.Az

Amerikalı folklorşünas Bakıda görüş keçirib


 

Amerikalı folklorşünas Bakıda görüş keçirib<b style="color:red"></b>

Ölkəmizdə səfərdə olan Kolorado Dövlət Universitetinin mexaniki mühəndislik kafedrasının professoru, eyni zamanda folklor musiqisi üzrə tədqiqatçı Bert Vermeulen və Nyu-York Texnologiya Kollecinin riyaziyyat kafedrasının professoru Ezra Hallek Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovla görüşüblər.

Teatrın mətbuat xidmətindən bildirilib ki, birinci Avropa Oyunları çərçivəsində baş tutan görüşdə qonaqlar Bakıda keçirilən 17 günlük beynəlxalq yarışlarda tamaşaçı qismində iştirak etməyin maraqlı olduğunu diqqətə çatdırıblar.

Bakıdakı bir sıra görməli məkanlarda olduqlarını söyləyən qonaqlar yarışların sonunadək bir çox başqa yerləri də ziyarət edəcəklərini bildiriblər.

Ölkəmizin qədim tarixi və müasir binaları, parkları, yeni tikililəri, teatr, muzey, konsert, musiqi müəssisələri haqqında məftunluqla danışan qonaqların sözlərinə görə dünyanın heç bir ölkəsində müxtəlif memarlıq üslubları bu cür vəhdət təşkil etmir. Şəhərimizin özünəməxsus gözəlliyi, insanlarımızın istiqanlı münasibəti, maraqlı və zəngin mətbəximiz əcnəbi turistlərdə Bakı haqqında olduqca zəngin təəssürat yaradıb.

Sonda teatrın rəhbərliyi qonaqlara Bakının memarlıq abidələri, mətbəxi, teatr müəssisələrini əks etdirən kitabçalar hədiyyə ediblər.

S.ABDULLAYEVA

 





24.06.2015    çap et  çap et